Xəbər lenti

Yelo Bank RFID layihəsi üzrə Texniki Tender elan edir
Ekonomiks 09:30 03.08.2026

Yelo Bank RFID layihəsi üzrə Texniki Tender elan edir

"Yelo Bank” ASC "RFID əsaslı İnventarların Çiplənməsi və İdarəetmə Sistemi Layihəsi"nin satın alınması üzrə Texniki Tender elan edir.

 

Tender şərtləri:

 

• Bu mərhələdə yalnız texniki təkliflər qəbul olunur (maliyyə/qiymət təklifi tələb edilmir).

• Sifarişçinin tələblərinə cavab verən texniki təkliflər seçiləcək və həmin iştirakçılar növbəti Maliyyə Tenderinə dəvət ediləcəkdir.


İştirakçılara olan əsas tələblər:

 

• Müvafiq sahədə iş təcrübəsi, texniki, maliyyə və kadr imkanlarının olması;

• Vergi və icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərin olmaması;

• Fəaliyyət üçün müvafiq lisenziya və ya icazələrin olması;

• Müflis elan olunmaması və əmlakı üzərində məhdudiyyətin bulunmaması.


Texniki təkliflər 12 avqust 2026-cı il, saat 17:00-dək e-poçt vasitəsilə aşağıdakı kontaktlara təqdim edilməlidir:


Kimə: Turan Sadıqov ([email protected] | +994 55 206 13 49)

CC: Rəşad Şükürov ([email protected] | +994 55 670 00 27)


Tender haqqında daha ətraflı və dəvət məktubu üçün: https://ylb.az/4hMoafP. Həmçinin yaranmış suallar ilə bağlı Turan Sadıqov ([email protected] | +994 55 206 13 49) Rəşad Şükürov ([email protected] | +994 55 670 00 27) əlaqə saxlaya bilərsiniz.

Bank xidmətləri ilə, eləcə də depozit faizleri ilə bağlı əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagramWhatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->