Yelo Bank korporativ müştərilərinin
işini sadələşdirən rəqəmsal həllərini genişləndirməyə davam edir. Bankın təqdim
etdiyi növbəti yenilik sayəsində hüquqi şəxslər və fərdi sahibkarlar Yelo
İnternet Bankçılıq platforması üzərindən tender qarantiyasını artıq heç bir
girov təqdim etmədən əldə edə bilərlər.
İndiyədək tenderlərdə iştirak zamanı girov
qoyulması tələbi sahibkarlar üçün əlavə sənədləşmə və vaxt itkisi yaradırdı.
Yelo Bank bu baryeri aradan qaldıraraq, biznes subyektlərinə 5000 manatadək
olan tender qarantiyasını əmlak qiymətləndirməsi olmadan, 100% rəqəmsal
formatda təklif edir. Sahibkarlar tenderin şərtlərinə uyğun müddəti sərbəst seçərək,
müraciətdən sənədin əldə olunmasınadək bütün prosesi birbaşa İnternet Bankçılıq
kabinetindən həyata keçirə bilirlər.
Hələ də Yelo Bank-da biznes hesabı olmayan
sahibkarlar da bu imkandan rahatlıqla yararlana bilərlər. Yelo İnternet
Bankçılıq portalına daxil olaraq cəmi bir neçə dəqiqə ərzində rəqəmsal biznes
hesabı açmaq və dərhal girovsuz tender qarantiyası üçün müraciət etmək
mümkündür.
Xidmət haqqında daha ətraflı məlumat və müraciət
üçün:https://ylb.az/ibank.
Bank xidmətləri ilə, eləcə
də mikro
kredit ilə bağlı əlavə
suallarınız var? O
zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram, Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq
bankçılıq!
Şərhlər