Xəbər lenti

Yəməndən çıxarılan azərbaycanlılar Moskvaya aparılacaq
Ölkə17:35 12.04.2015

Yəməndən çıxarılan azərbaycanlılar Moskvaya aparılacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Rusiyanın "TU-154" xüsusi təyyarəsi Yəməndən təxliyə edilən Rusiya və başqa ölkə vətəndaşlarını Moskvaya gətirmək üçün Qahirədən Cibutiyə yola düşüb.
"Report" xəbər verir ki, bazar ertəsi axşam təyyarənin yanacaq doldurmaq üçün Misirə qayıdacağı, daha sonra isə Moskva istiqamətində kurs götürəcəyi gözlənilir.
Ötən gün Rusiya Hərbi Dəniz Qüvvələrinin "Priazovye" gəmisi Yəmənin hərbi əməliyyatların getdiyi cənub şəhəri Ədəndən beşi Azərbaycan vətəndaşı olmaqla 19 ölkəyə məxsus 308 nəfəri təxliyə edib.
Təxliyə edilənlər arasında 45 Rusiya, 18 ABŞ, 5 Azərbaycan, 5 Böyük Britaniya, 1 Bolqarıstan, 6 Estoniya, 14 Ukrayna, 9 Belarus, 3 Türkmənistan, 8 Özbəkistan, 1 Bəhreyn, 5 Cibuti, 159 Yəmən, 1 Somali, 3 Fələstin, 13 İordaniya, 9 Kuba, 2 Misir və 1 Səudiyyə Ərəbistanı vətəndaşı var.
Qaynar.info