
Özünü meyxanaçı deyil, bədiyyəçi adlandıran Məna təxəllüslü Namiq, ilk dəfə ailəsindən söhbət açıb.
Gecce.az xəbər verir ki, onun dediyinə görə oğlu da sənətçinin yolunu davam etdirir.
“Düşündüm ki, hansısa bir bölgənin adını götürməkdənsə, böyüklərimin də məsləhəti ilə “Məna” təxəllüsünü qoydum. Onsuzda Azərbaycanın hansı bölgəsinə getsək bizi isti qarşılayırlar.
Oğlumun adı da Mənadır. Bir qızım, bir oğlum var. Qızım ailəlidir. Oğlum isə 20 yaşı var. Hələ subaydır. Ağırtəbiətli və xaraktercə mənə oxşardır.
Çox istedadlıdır. Hazırda ali təhsil alır. Sənətimi davam etdirmək istədi. Bu seçiminə heç də qarşı çıxmadım. Özünü doğrultsun. Zamanında mənim valideynlərim bu peşə ilə məşğul olmağıma razılıq verməmişdilər.
Görək, gələcək nə göstərəcək. Bu gün mən varam, ona təkan verəcəm. Bəs sabah mən olmayanda necə olacaq? Ona görə də özü sənətində uğurlara nail olmalıdır.
Bədiyyəçi vaxtilə ona qurulan tələdən də söz açıb.
Bu sənətdə olan qısqanclıq heç bir yerdə yoxdur. 1992-ci ildə yeməyimə mismar atmışdılar. 2-3 il xəstə yatdım."
Qaynar.info