
Bu gün hava şəraitinin əsasən gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynar.info-ya daxil olan məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyi səhər və gündüz mülayimləşəcək.
Havanın temperaturunun gecə 0-4 dərəcə şaxta, gündüz 2-4 dərəcə isti olacağı gözlənilir. Gecə və səhər yollar buz bağlayacaq.
Azərbaycanın rayonlarında dekabrın 13-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı, qar yağacağı, gündüz yağıntının tədricən kəsiləcəyi, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Yollar buz bağlayacaq, mülayim qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti, dağlarda gecə 10-15, yüksək dağlıq ərazilərdə 18-23, gündüz 2-7 dərəcə şaxta olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza görə, yaxın iki gündə Bakıda və Abşeron yarımadasında soyuq, qeyri-sabit hava şəraiti meteohəssas insanlar üçün əlverişsizdir.
Qaynar.info