Xəbər lenti

Yenə sərnişin avtobusu, yenə ölüm
Ölkə06:38 14.12.2013

Yenə sərnişin avtobusu, yenə ölüm

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda daha bir avtobus qəzası baş verib.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə dekabrın 13-də saat 18:30 radələrində Yasamal rayonunda, A. Şərifzadə küçəsində qeydə alınıb. Bakı şəhər sakini İslam Mikayılov idarə etdiyi “Daewoo” markalı avtobusla Lənkəran şəhər sakini, 1956-cı il təvəllüdlü Akif Quliyevi vurub.

Nəticədə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
 
Faktla bağlı araşdırma aparılır. 

Qaynar.info