Xəbər lenti

Yeni avtobusların istifadəsinə az qaldı
Ölkə06:34 27.08.2015

Yeni avtobusların istifadəsinə az qaldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda yeni dərs ilinin başlaması ilə əlaqədar yeni sərnişin avtobusları istifadəyə veriləcək. Bu barədə AzVision.az-a Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyib. 
Nazirlik rəsmisi bildirib ki, “Baku Bus” MMC-nin I Avropa Oyunlarında idxal etdiyi avtobusların hamısı xəttə buraxılacaq: “Məktəblərin açılması ilə əlaqədar yaxın günlərdə bütün avtobuslar sərnişinlərin ixtiyarına veriləcək. 302 adda avtobus ilk olaraq Bakının mərkəzində istifadəyə veriləcək. Hazırda son dəqiqləşdirmə işləri aparılır. Həmin avtobuslar əsasən şəhərin mərkəzi hissələrində fəaliyyət göstərəcək. Marşrutların nömrələri ilə bağlı əlavə məlumat veriləcək”.
Qaynar.info