Xəbər lenti

Yeni başçı müavinlərini və köməkçisini işdən çıxardı
Ölkə12:24 10.09.2020

Yeni başçı müavinlərini və köməkçisini işdən çıxardı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov 2 müavinini və köməkçisini vəzifəsindən azad edib.
Qaynarinfo-nun Unikal.org-a istinadən məlumatına görə, Elmir Bağırovun əmri ilə, Saatlı  rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini İlham Quliyev, müavini – İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Reyhan Ocaqova və başçının köməkçisi Mirzəağa Hümbətov işdən çıxarılıb.
Onların yerinə hələlik təyinat yoxdur.
Xatırladaq ki, Elmir Bağırov avqust ayının 24-də Prezident İlham Əliyevin Sərəncamı ilə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.