
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin əmrinə əsaslanaraq şəbəkəsinə daxil olan Binə qəsəbə Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə Gülxanım Abbasova Balabəy qızı təyin olunub.
Qaynarinfo.az -a bu haqda Mədəniyyət və Turizm nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Xatırladaq ki, İdarənin mədəniyyət evlərində işin təkmilləşməsi və qüsurların aradan qaldırılması ilə əlaqədar bir sıra kadr dəyişiklikləri edilib.
Qaynarinfo.az