Xəbər lenti

Yeni doğulmuş körpəni xəstəxana həyətinə atdılar - Azərbaycanda
Ölkə08:34 28.04.2014

Yeni doğulmuş körpəni xəstəxana həyətinə atdılar - Azərbaycanda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda xəstəxananın həyətində yeni doğulmuş uşaq tapılıb.

Salyan Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə aprelin 27-də Salyan rayonu Qaraçala kəndində qeydə alınıb.
 
Kənd xəstəxanasının giriş qapısının qarşısında yeni doğulmuş qız uşağı aşkar edilib. Uşağın ora kimin tərəfindən qoyulması isə hələlik məlum deyil.
 
Faktla bağlı araşdırma aparılır.

Qaynar.info