Prezident İlham Əliyevin sərəncamı ilə Elxan Şamil oğlu Allahverdiyev Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Qaynarinfo xəbər verir ki, modern.az-ın əldə etdiyi məlumata görə, Elxan Allahverdiyev Kapital Bank-ın idarə heyətinin sədri Rövşən Allahverdiyevin qardaşıdır.
Bu gün saat 16:00-da yeni başçının kollektivə təqdim ediləcəyi gözlənilir.
Xatırladaq ki, Binəqədi Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Xaləddin İsgəndərov ötən həftə işdən çıxarılıb.