Xəbər lenti

Yeni icra başçısının ilk qərarı: Vətəndaş onunla istədiyi vaxt görüşəcək
Ölkə14:23 02.11.2019

Yeni icra başçısının ilk qərarı: Vətəndaş onunla istədiyi vaxt görüşəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xaçmaz Rayon İcra Hakimiyyətinin yeni təyin olunan başçısı Elnur Rzayev vətəndaş qəbulu günlərini aradan qaldırıb.
Qaynarinfo konkret.az-a istinadən xəbər verir ki, vətəndaş qəbulu günləri barədə olan qaydanın ləğv edilməsi rayon sakinlərini məmnun edib.
Qeyd edək ki, qəbul günlərinin ləğvindən sonra iş günlərində icra hakimiyyətinə gələn hər vətəndaş icra başçısı ilə istənilən vaxtda görüşə bilər.
Yeri gəlmişkən, bundan əvvəl icra başçısının vətəndaş qəbulu həftənin 5-ci günü təşkil edilirdi.