Xəbər lenti

Yeni il şənliyində insanların üzərinə “fişəng” atan şəxslər həbs olundu (VİDEO)
Ölkə11:03 05.01.2023

Yeni il şənliyində insanların üzərinə “fişəng” atan şəxslər həbs olundu (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gəncə şəhər İcra Hakimiyyətinin qarşısında keçirilən Yeni il şənliyində pirotexniki vasitələri yandıraraq (fişəng) şənlikdə iştirak edən şəxslərin üzərinə atan şəxslər saxlanılıb. 
Qaynarinfo-nun məlumatına görə, 1999-cu il təfəllüdlü Hüseyn Rəhimov və 2004-cü il təvəllüdlü Azər Abdiyev Yeni il şənliyin zamanı pirotexniki vasitələri yandıraraq, insanların üzərinə atmaqla həyatlarına təhlükə yaradıblar. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. 
Onların hərəkəti müxtəlif şəxslər tərəfindən videoya çəkilərək, sosial şəbəkələrdə paylaşılıb. 
Polis görüntülərlə bağlı araşdıra aparıb, həmin şəxslər müəyyənləşdirilib. Onlar polisə dəvət olunublar. Toğrul və Azər Gəncə şəhər 1-ci Polis Şöbəsinin qarşısında polislərə etiraz edərək, nalayiq ifadələr işlədiblər, polisin qanuni tələbinə tabe olmayıblar.
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslər İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 gün müddətinə inzibati həbs ediliblər.
Əhməd