31 dekabr-1 yanvar tarixlərində 13 nəfər pirotexniki vasitələrdən xəsarət alaraq Təcili Tibbi Yardıma müraciət edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, onlardan 8 nəfər xəstəxanalara yerləşdirilib. Xəsarət alan 4 nəfərə yerində yardım göstərilib, daha 1 nəfərə isə məsləhət verilib.