Xəbər lenti

Yeni ilin ilk günü üçün hava proqnozu
Ölkə09:32 31.12.2019

Yeni ilin ilk günü üçün hava proqnozu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynarinfo-ya verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.
Cənub küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  gecə 5-8° isti, gündüz  10-14° isti, Bakıda  gecə 5-7° isti, gündüz  11-13° isti olacaq.
Atmosfer  təzyiqi normadan yüksək 761 mm  civə sütunu təşkil edəcək. Nisbi rütubət  70-80% olacaq.   
Yanvarın 1-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin günün birinci yarısında Daşkəsən-Gədəbəy zonasında yağıntılı olacağı ehtimalı var.  Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu  gecə 2-7° isti, gündüz  9-14°  isti, dağlarda gecə 0-5° şaxta, gündüz  2-7° isti olacaq.