Xəbər lenti

Yeni internet televiziyası yarandı: "Pomidor TV"
Ölkə08:01 11.07.2018

Yeni internet televiziyası yarandı: "Pomidor TV"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan internet məkanında daha bir internet televiziyası fəaliyyətə başlayır.
Qaynarinfo-nun verdiyi xəbərə görə, "Pomidor TV" adlanacaq yeni kanal əyləncəli-maarifləndirici verilişlər yayımlayacaq. 
Yeni kanalın yaradıcı heyətinin verdiyi məlumata görə, kanal hələlik "Facebook" səhifəsi üzərindən yayıma çıxacaq. Kanalın ilk verilişi "Trafik Şou" adlanır və hər həftənin cümə günü saat 21:00-da kanalın rəsmi "Facebook" səhifəsindən canlı yayımlanacaq.
İlk efir vaxtı 13 iyul, saat 21:00-da olacaq.
"Trafik Şou" sual-cavab əsasında qurulan əyləncəli verilişdir və izləyicilərin çoxsaylı hədiyyələr qazanmaq şansı olacaq. Verilişi tanınmış aparıcı Orxan Rzayev təqdim edəcək.
"Pomidor TV"-nin rəsmi "Facebook" səhifəsi: https://www.facebook.com/PomidorTV/