
Azərbaycan Mərkəzi Bankı (AMB) yeni ipoteka proqramı hazırlayıb və bu proqramı yaxın vaxtlarda hökumətə təqdim edəcək.
Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında AMB-nin sədri Elman Rüstəmov bildirib.
E.Rüstəmov deyib: "Birincisi, biz sosial ipotekanın əhatəsini genişləndirməyi təklif edirik. Burada ən vacib məsələ sosial ipoteka şərtləri ilə əldə ediləcək evin, həmçinin onun təmirinin dəyəridir. Bu problem faiz dərəcələri və ilkin ödəniş məsələlərindən daha əhəmiyyətlidir. Beynəlxalq təcrübəyə, o cümlədən qonşu Türkiyə və Qazaxıstanın təcrübəsinə uyğun olaraq, biz özəl sektorla dövlətin tərəfdaşlığı əsasında qənaətli və rahat evlərin tikintisini sosial ipotekanın genişləndirilməsi ilə əlaqələndirməyi təklif edirik".