Xəbər lenti

Yeni model üzrə keçirilmiş ilk sınaq imtahanlarının nəticəsi açıqlandı
Ölkə12:07 05.11.2018

Yeni model üzrə keçirilmiş ilk sınaq imtahanlarının nəticəsi açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dövlət İmtahan Mərkəzi (DİM) yeni təhsil proqramları (kurikulumlar) üzrə 2019-cu ilin qəbul imtahanı modelinə uyğun olaraq oktyabrın 28-də ölkənin 11 şəhər və rayonunda keçirilmiş sınaq imtahanlarının nəticələri açıqlayıb.
Qaynarinfo-nun məlumatına görə, hər bir abituriyent DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının (vərəqinin) qrafik təsviri ilə tanış ola bilər.
Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə "iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 6600 abituriyentdən 66 nəfəri imtahana gəlməyib.