Xəbər lenti

“Yeni Müsavat” Elçibəyin oğlunun çağırışına əməl edəcək
Ölkə10:36 18.01.2014

“Yeni Müsavat” Elçibəyin oğlunun çağırışına əməl edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Yeni Müsavat” Elçibəyin oğlunun çağırışı ilə bağlı bəyanat yayıb.

Qaynar.info
xəbər verir ki, bəyanatda deyilir:

"AXCP sədri Əli Kərimli artıq 20 günə yaxındır ki, “Yeni Müsavat”a müharibə açıb. Özünü və təşkilatının bütün potensialı ilə üstümüzə gələn “Yurd” lideri öz mübarizəsində mərhum Elçibəyin adını da tərbiyədən kənar metodlarla istifadə edir. “Yeni Müsavat”ın baş redaktoru günlərlə bu barədə xəbərdarlıq etdi, Elçibəydən “Yeni Müsavat”a qarşı istifadə etmək təşəbbüslərini siyasi əxlaqdan kənar olduğunu bildirdi. Lakin Əli Kərimli bu çağırışlara riayət etmədi. Bundan sonra “Yeni Müsavat” qəzeti də məcbur qalıb, arxivlərə müraciət etdi. Bu zaman ortaya vahim nəticə çıxdı. Məlum oldu ki, Əli Kərimli Elçibəyin ölən günü də daxil olmaqla, 1999-2000-ci illər ərzində eks-prezidentə, AXC-nin qurucu liderinə “Azadlıq” qəzetində mənəvi-siyasi terror həyata keçiribmiş...

Hazırda qəzetimizin arxivində bu və daha dəhşətli mənzərəni göstərən faktlar var.

Lakin “Yeni Müsavat” hətta müdafiə üçün də bundan sonra Ə. Elçibəyin adına xitab etməyəcək. Çünki Elçibəyin yaxınları haqlı olaraq bu durumdan narahat və narazı qalıblar. Eks-prezidentin oğlu Ərturqut modern.az saytına açıqlama verərək, onun atasının adının çirkli münaqişədə istifadə olunmasına üsyan püskürüb. Musavat.com və “Yeni Müsavat” adından bu çağırışa riayət edəcəyimizi bildiririk".

Qaynar.info