Xəbər lenti

Ölkə 12:16 15.03.2024

Yeni nazir kadr islahatlarına başlayır - Kimlər gedəcək?

Yaxın vaxtlarda Ədliyyə Nazirliyində ciddi kadr islahatları aparılacaq. 

Qaynarinfo-ya daxil olan məlumata görə, təqaüd yaşı ötmüş bir neçə nazir müavini vəzifəsindən azad ediləcək.

Həmçinin nazirlikdə bir sıra baş idarələr birləşdiriləcək və yeniləri yaradılacaq. Mövcud olan idarə və mərkəzlərdə də kadr islahatları aparılacaq. 

Kadr və struktur islahatlarının regional ədliyyə idarələrində də aparılacağı istisna edilmir. 

Qeyd edək ki, bu ilin fevral ayında Fərid Turab oğlu Əhmədov ədliyyə naziri təyin edilib. 

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->