Xəbər lenti

Yeni nazir müavini ilə bağlı açıqlama- O kimdir?
Ölkə05:48 21.07.2014

Yeni nazir müavini ilə bağlı açıqlama- O kimdir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Təhsil Nazirliyi yeni təyin olunan nazir müavini Firudun Qurbanovla bağlı məlumat yayıb. 

Qaynar.info Nazirliyin saytına istinadən xəbər verir ki, Firudin Qurbanov 1952-ci ildə anadan olub. 1974-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu xalq təsərrüfatının iqtisadiyyatı, təşkili və planlaşdırılması ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1981-ci ildə iqtisad elmləri namizədi alimlik dərəcəsini, 1988-ci ildə dosent elmi adını alıb. 

Əmək fəaliyyətinə 1974-cü ildə Azərbaycan Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda başlayıb, 1982-ci ilə kimi burada çalışıb. 1982-1989-cu illərdə Moskva Kooperativ İnstitutunun Bakı filialında, 1989 – 1994-cü illərdə Təhsil Nazirliyinin Dövlət İnspeksiyasında işləyib.

1994–2007-ci illərdə Gənclər və İdman Nazirliyində Elm və təhsil şöbəsinin müdiri, 2007-ci ildən Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri olub.

2011-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medal ilə təltif olunub.

Qaynar.info