
Prezident seçkilərində məğlub olan Yəhya Cammenin vəzifəsini tərk etməyə razılıq verməsindən sonra Adama Berrou hakimiyyət başına keçib.
Qaynarinfo.Az xəbər verir ki, yeni dövlət başçısı Berrounun 2 həyat yoldaşı ilə birgə çəkdirdiyi foto isə ölkənin "First Lady”sinin kim olacağı barədə sual yaradıb.
Qambiyanın "Point" qəzetinin məlumatına görə, Berrounun 2-ci həyat yoldaşının "First Lady” olmaq ehtimalı azdır.
Qeyd edək ki, Qambiyanın 3-cü prezidenti olan Adama Berrou birdən çox həyat yoldaşı olan tək afrikalı lider deyil. Qambiyaya 22 ildir liderlik etmiş hərbçi prezident Yəhya Cammenin 3 həyat yoldaşı olub.