Xəbər lenti

Yeni qanun layihəsi: Tələbələrin yataqxana problemi aradan qalxa bilər
Ölkə13:37 01.11.2021

Yeni qanun layihəsi: Tələbələrin yataqxana problemi aradan qalxa bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Yeni layihə nəticəsində tələbə yataqxanası problemi əhəmiyyətli dərəcədə aradan qalxacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov sosial tələbə yataqxanalarının yaradılacağı məsələsinə toxunarkən deyib. 
O deyir ki, sosial tələbə yataqxanaları ancaq aztəminatlı ailələr üçün nəzərdə tutulmalıdır:  
"Universitetlərin hər birinin geniş yataqxana imkanları var. Sadəcə, məcburi köçkünlük dövründə tələbə yataqxanası ilə bağlı problemlər yarandı. Sosial yataqxanalar aztəminatlı ailələrdən olan tələbələrə veriləcək. Tələbələrin yataqxana təminatı zamanı bu amil başlıca faktor olaraq götürülür. Yəni sosial tələbə yataqxanaları heç də bütün tələbələrə şamil edilməyəcək. İlk növbədə bura ailə vəziyyəti yaxşı olmayan tələbələr yaşamağa yönləndirilir”. 
Həmsöhbətimiz bildirir ki, Bakıdakı hündürmərtəbəli binaların bir neçə mərtəbəsi universitetlər tərəfindən alınmalı və tələbə yataqxanasına çevrilməlidir: 
"Çünki paytaxtın mərkəzində yataqxana tikintisi yerin baha olması səbəbindən perspektivli deyil. Əvəzində ali təhsil ocaqları hər bir universitetin yaxınlığında tikilən binaların ən azından iki mərtəbəsini ala bilərlər. Açılacaq yeni ali təhsil müəssisəsinə yataqxananın olmasını şərt kimi qoymaq da doğru yanaşmadır. Təhsil müəssisələrini akreditasiyadan keçirmə qaydalarından biri də budur. Azərbaycanda mövcud yataqxanalar tələbələrin yalnız 6 faizini əhatə edir. Yeni layihə nəticəsində tələbə yataqxanası problemi əhəmiyyətli dərəcədə aradan qalxacaq. Hər bir universitet qarşısında məsələ qaldırılmalıdır ki, təkcə yeni yaradılanlar deyil, hətta köhnələrin özləri belə mövcud yataqxana təminatını yaxşılaşdırsın”. 
Qeyd edək ki,  Azərbaycanda "Ali təhsil haqqında" hazırlanan yeni qanun layihəsinə sosial tələbə yataqxanalarının yaradılması məsələsinin salınması da təklif olunub. Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov KİV-ə bildirib ki, yeni qanun layihəsində hansısa bir təhsil müəssisəsi yaradılarkən onun yataqxanasının olması da şərt kimi öz əksini tapıb.
Rüfət Sultan