Xəbər lenti

Yeni QHT dövlət qeydiyyatına alındı
Ölkə09:55 01.05.2014

Yeni QHT dövlət qeydiyyatına alındı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Əsgər ailələrinin hüquqları daha yaxşı təbliğ  olunacaq

Ölkəmizdə əsgər ailələrinin hüquqlarının müdafiəsi, bu zümrədən olan insanların sosial hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlərin təbliği daha səmərəli olacaq. Belə ki, bu günlərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən yeni qeyri-hökumət təşkilatı – «Əsgər ailələrinə dəstək» İctimai Birliyi qeydiyyata alınıb. 

Bununla bağlı məlumat verən ictimai birliyin rəhbəri Mətanət Əsgərqızı bildirdi ki, yeni qeydiyyatdan keçən təşkilatın məqsədi və vəzifələri əsgərlərin və onların ailələrinin hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirləri təbliğ etmək, bu zümrədən olan insanlara hüquqi yardımların göstərilməsini, onların sosial vəziyyətinin yaxşılaşdırılması yönümündə atılan addımları tanıtmaqdır: «Biz habelə əsgər və əsgər ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı ölkəmizdə həyata keçirilən müsbət tədbirəri təbliğ etmək, gənclərimiz arasında vətənpərvərlik hissinin artırılmasına dəstək vermək, habelə digər mühüm məsələləri həyata keçirməyə çalışacağıq».

Qaynar.info