Xəbər lenti

Yeni rektordan Şəmsəddin Hacıyevə daha bir zərbə
Ölkə06:32 31.07.2014

Yeni rektordan Şəmsəddin Hacıyevə daha bir zərbə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) yeni rektoru Ədalət Muradovun tapşırığı ilə ADİU-nun sabiq rektoru (2004-2014), Milli Məclisin elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyevin müdiri olduğu beynəlxalq iqtisadi münasibətlər kafedrası metronun “İçərişəhər” stansiyası yaxınlığında yerləşən universitetin əsas binasından çıxarılıb.
 
Publika.az-ın əldə etdiyi məlumata görə, hazırda beynəlxalq iqtisadi münasibətlər kafedrası Dövlət İqtisad Universitetinin "Gənclik" korpusunda fəaliyyət göstərir.
 
Xatırladaq ki, Prezident İlham Əliyevin 5 mart 2014-cü il tarixli sərəncamı ilə Şəmsəddin Hacıyev Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru vəzifəsindən azad edilib.

Qaynar.info