Xəbər lenti

Yeni sayt və televiziya açılır
Ölkə06:28 25.04.2013

Yeni sayt və televiziya açılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Elçin Mirzəbəyli yeni sayt və internet TV açır

“Saytın və televiziyanın adı Bütöv Azərbaycan Yolunda sözlərindən yaranıb”. E.Mirzəbəyli “Yeni Müsavat”a dedi ki, baymedia.tv adlı internet portalı yaradıblar. Onun sözlərinə görə, yaxın günlərdə eyniadlı informasiya agentliyi də fəaliyyətə başlayacaq: “Bay Media-nın təsisçilərindən biri də mənəm. Artıq qeydiyyatdan keçib. Hazırda portal üzərində işləyirik. Test yayımları başa çatıb. Hazırda sayt fəaliyyətdədir. Amma agentlik müəyyən müddətdən sonra işə başlayacaq”.

E.Mirzəbəyli Bay Media TV adlı internet TV layihəsi üzərində işlədiklərini dedi. Baş redaktor buna nə dərəcədə müyəssər olacaqlarının zamanın işi olduğunu dedi: “Çətin prosesdir. Bu, maliyyə, kadr potensialı tələb edir. Amma bu, öz tərəfimizdən həyata keçirilir. Kimsə bunu həyata keçirib bizi ora çağırmır”.

Baş redaktor televiziyanın konkret nə vaxt işə başlayacağı ilə bağlı söz demədi: “Bunun üçün geniş vaxt lazımdır və bu, çox zaman aparacaq. Kadr baxımdan problemlər var. Digər televiziyalarda da kadr problemi var. Çox böyük avadanlıq, studiyaların yaradılması lazımdır. Yaxın müəyyən dövrdən sonra videoxəbərlərin yayımına başlayacağıq”.

E.Mirzəbəyli hazırda baymedia.az səhifəsi üzərində işlədiklərini dedi: “Saytın və televiziyanın adı Bütöv Azərbaycan Yolunda sözlərindən yaranıb. İdeya müəllifi mənəm. Kollektiv tam formalaşmayıb. Minimum heyətlə fəaliyyətdəyik. Zamanla əməkdaşlarımızın sayı artacaq”.

Baş redaktor baymedia.az və baymedia.tv layihəsinin prezident seçkilərinə hesablanmadığını dedi. Onun sözlərinə görə, bu, bir neçə ildir düşünülmüş layihədir: “Öncə həyata keçirmək üçün texniki imkanlar yox idi. Addım-addım gücümüzü topladıq. İndi fəaliyyətə başladıq”.

Qaynar.info