Xəbər lenti

Yeni tədris ilində müəllimlərin maaşı azaldıla bilər? (AÇIQLAMA)
Ölkə19:28 17.08.2020

Yeni tədris ilində müəllimlərin maaşı azaldıla bilər? (AÇIQLAMA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Təhsil Nazirliyinin rəsmi "Facebook” hesabında yeni tədris ili ilə bağlı gedən müzakirələrdə müəllimlərin maaşı məsələsinə də toxunulub. 
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev deyib ki, hibrid formada təhsilin müəllimlərin maaşına heç bir təsiri olmayacaq:
"Mövcud layihədə dərs saatlarının bir hissəsi məktəbdə, digər hissəsi onlayn keçiriləcək. Ənənəvi tədris planları qalacaq. Buna görə müəllimlərin əməkhaqqında heç bir azalma nəzərdə tutulmur”.