Xəbər lenti

Yeni təhsil ili, yeni təhsil xərcləri: Pandemiya imkan versə... - İqtisadçı
Ölkə08:03 06.08.2021

Yeni təhsil ili, yeni təhsil xərcləri: Pandemiya imkan versə... - İqtisadçı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Pandemiya imkan versə, gələn ay məktəblərdə yeni tədris ili başlamalıdır. Yeni təhsil ili yeni təhsil xərcləri deməkdir. Valideynlər ailə büdcələrini övladlarının təhsilinə yönəltməli olacaqlar. Kimisi cüzi hissəsini, kimisi də hamısını”.
Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı ekspert Samir Əliyev deyib. O bildirib ki, Azərbaycandan fərqli olaraq Rusiyada məktbli valideynlərinin bəxti bu dəfə gətirib:
"Avqustun 16-dan başlayaraq Rusiyada məktəbli valideynləri yeni tədris ili ilə bağlı dövlətdən 10 min rubl məbləğində (təxminən 233 manat) birdəfəlik ödəniş alacaqlar. Ödəniş 6-18 yaş arasında olan bütün şagirdlərə şamil ediləcək. Ödəniş verilməsində ailənin maliyyə imkanları nəzərə alınmayacaq. Yəni nəzərdə tutulan vəsaiti varlı da alacaq, kasıb da. Bundan başqa, yaşı 18-23 aralığında olan, ancaq əlilliyi olan məktəblilər də dəstəkdən yararlana biləcəklər. Təxmini hesablamalara görə, dəstək proqramı 20 milyon nəfərə yaxın şagirdi əhatə edəcək vəsaitin ödənişi hökumətə 170 milyard rubla (4 milyard AZN) başa gələcək. Təsəvvür edin ki, Azərbaycanda da belə bir proqram icra olunur və 3 övladı təhsl alan ailə 700 manat pul alır ki, övladlarının məktəb ehtiyaclarını ödəsin. Məncə, az pul deyil”.
Bahar Rüstəmli