Xəbər lenti

Yeni televiziya açıldı - Azərbaycanda
Ölkə06:40 18.04.2014

Yeni televiziya açıldı - Azərbaycanda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) "ElmTV" elmi internet telekanalı fəaliyyətə başlayır.
AMEA-dan Trend-ə bildiriblər ki, akademiyanın bu gün keçiriləcək sessiyasında "ElmTV"-nin fəaliyyətə başlaması ilə bağlı təqdimat olacaq.
İnternet televiziyası hələlik AMEA-nın rəsmi saytı daxilində fəaliyyət göstərəcək. Sonra TV-nin geniş və 3 dildə - Azərbaycan, rus və ingillis dillərində yayımı nəzərdə tutulur. Bu internet televiziyasında əsasən elm xəbərləri efirə veriləcək.
Qeyd edək ki, Azərbaycanda 5-ə yaxın internet telekanalı yayımlanır.
Qaynar.info