Xəbər lenti

Yeni vəhabi kral ölüm ayağında
Ölkə14:52 12.04.2015

Yeni vəhabi kral ölüm ayağında

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Səudiyyə Ərəbistanının yeni kralı Kral Salmanın ölüm ayağında olması ilə bağlı xəbər yayılıb. Anspress İran mediasına istinadən xəbər verir ki, 2011-ci ildə Alzheimer xəstəliyinə yoluxan Kral Salmanın səhhəti ona dövləti idarə etməyə imkan vermir. 
Məlumatda deyilir ki, Səudiyyə Ərəbistanını hazırda Kral Salmanın oğlu, hazlrda müdafiə naziri olan şahzadə Məhəmməd idarə edir. 
Vəziyyəti olduqca pis qiymətləndirilən kralın isə buna baxmayaq rəsmi görüşlərdə özünü gümrah aparması ilə də diqqət çəkdiyi deyilir. 
Şahzadə Məhəmmədin tezliklə hakimiyyətə gələcəyi bildirilir. 
Qeyd edək ki, kral Abdullahın vəfatından sonra bu ilin yanvarın 23-də taxta çıxan Salmanın hazırda 80 yaşı var.
Qaynar.info