
Zaur Əhməddən iddialı açıqlama
Yaxın günlərdə Azərbaycanın internet mediasına yeni sayt daxil olur.
Uzun illər “Reytinq” qəzetində və mia.az saytında çalışan jurnalist Zaur Əhməd “Gunpress.az” saytı təsis edib.
AzNews.az-a açıqlamasında Z. Əhməd bildirib ki, PA rəhbəri Ramiz Mehdiyevin yanında jurnalistlərlə keçirilən görüşdə də aydın oldu ki, internet portallarında peşəkarlıq çox aşağı səviyyədədir və biz bütün bunları nəzərə alaraq real addım atmaq qərarına gəlib. Onun sözlərinə görə sayt üç - araşdırma, analitika və xəbər istiqamətində fəaliyyət göstərəcək.
Zaur Əhməd onu da vurğulayıb ki, bu gün araşdırma jurnalistikası yox həddindədir. “Saytın əsas vəzifələrindən biri məhz bu sahəyə üstünlük vermək olacaq. Hazırda peşəkar komanda formalaşdırmışıq. Məqsədimiz 3 ay ərzində peşəkar informasiya daşıycısı rolunu üzərimizə götürməkdir”.
Qaynar.info