Xəbər lenti

Yeni yaradılan Qarabağ vəkil bürosu Şuşada yerləşəcək
Ölkə17:25 29.12.2020

Yeni yaradılan Qarabağ vəkil bürosu Şuşada yerləşəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Artıq Qarabağ vəkil bürosu yaradılıb və o, Şuşada yerləşəcək.
Qaynarinfo xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
O bildirib ki, həmin qurumun fəaliyyətinin təşkili üçün bütün lazımı səyləri göstəriləcək:
"Qarşımızda Qarabağ bölgəsində yeni vəkil qurumlarının yaradılması kimi şərəfli vəzifə dayanır. Dədə-baba yurdlarına, doğma torpaqlarına qayıdan vətəndaşlarımıza keyfiyyətli hüquqi yardım göstərilməli, onların hüquqi yardıma çatımlılığı təmin edilməlidir. Vəkillik bu vəzifəni də ən qısa zamanda yerinə yetirəcək. Beləliklə, Vəkillər Kollegiyası illər boyu hüquqi yardıma çatımlılığın təmin olunmadığı ərazilərimizdə fəaliyyət göstərəcək".