
Bu gün Yeni Zelandiya sahillərində baş verən zəlzələ 2 m hündürlükdə sunaminin yaranmasına yol açıb.
Bu barədə Yeni Zelandiyanın “Weather Watch” meteoroloji portalı məlumat yayıb.
Zəlzələnin gücünün isə 7,5 deyil, 7,9 maqnitudalı olduğu üzə çıxıb. Sunami Vellinqton və Kaslpoynt rayonları sahillərində müşahidə edilib. Hazırda sunami dalğaları 2 metrdən az olsa da, yenə də təhlükəlidir. Vətəndaş Müdafiəsi və Fövqəladə Hallar İşləri üzrə Nazirlik bir sıra sahil şəhərlərində sunami təhlükəsi elan edib. (apa)
Qaynarinfo.Az