Xəbər lenti

Yeniyetmə qızı erkən nikaha məcbur edən ata saxlanıldı
Ölkə10:53 27.10.2019

Yeniyetmə qızı erkən nikaha məcbur edən ata saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gürcüstanın Kaxeti bölgəsində yeniyetmə qız övladını erkən nikaha məcbur edən azərbaycanlı kişi saxlanılıb.
Qaynarinfo "Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
İstintaqla müəyyən olunub ki, saxlanılan Saqareco rayonunun Yormuğanlı kənd sakini 1975-ci il təvəllüdlü M.M. adlı şəxs 2002-ci il təvəllüdlü qızına psixoloji təzyiq göstərməklə onu erkən nikaha vadar edib.
Qızın atasını 2 ildən 4 ilədək həbs cəzası gözləyir.
Yeniyetmə sığınacağa yerləşdirilib. Onun sağlamlığına təhlükənin olmadığı bildirilir.
Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.