Xəbər lenti

Yeniyetmələrə hansı hallarda mRNT Pfizer peyvəndinin vurulacağı məlum oldu
Ölkə06:54 07.09.2021

Yeniyetmələrə hansı hallarda mRNT Pfizer peyvəndinin vurulacağı məlum oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda 16-18 yaşlı yeniyetmələrə hansı istisna hallarda Covid-19 xəstəliyi əleyhinə mRNT Pfizer ("Comirnaty”) peyvəndinin vurulacağı məlum olub.
Qaynarinfo xəbər verir ki, Səhiyyə Nazirliyindən APA-nın sorğusuna verilən cavaba görə, istisna hallar dedikdə xaricdə təhsil alan və xroniki xəstəliklərdən əziyyət çəkən yeniyetmələr nəzərdə tutulur.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası və TƏBİB-in Elmi Komitəsinin qərarına əsasən, Azərbaycanda istisna hallarda 16-18 yaşlı yeniyetmələrə Covid-19 xəstəliyi əleyhinə mRNT Pfizer ("Comirnaty”) peyvəndi vurulacaq. 2. 16-18 yaşlı yeniyetmələrin vaksinasiyası üçün vaksinasiyanın səbəbini göstərməklə valideynlərdən birinin yazılı müraciəti və hər iki valideynin yazılı razılığı tələb ediləcək. 16-18 yaşlı yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq.