Xəbər lenti

Yerli istehsalçılar məhsullarını 50 faiz bahalaşdırmağa hazırlaşırlar
Ölkə17:00 23.02.2015

Yerli istehsalçılar məhsullarını 50 faiz bahalaşdırmağa hazırlaşırlar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan manatının xarici valyutalar qarşısında ciddi şəkildə ucuzlaşdırılması idxal malları ilə bərabər yerli istehsal olan malları dabahalaşdıracağı gözlənilir. Hazırda yerli şirkətlərdə bu işə hazırlıq görülür. 

“Marja”nın əməkdaşının yerli istehslçılar ilə apardığı müzakirələr göstərir ki, yerli məhsullarda da kəskin qiymət artımı qaçılmaz olacaqdır. Bahalaşmanın manatın ucuzlaşmasına paralel olaraq 34% deyil, daha yüksək, minimum 50% olacağı gözlənir. Valyuta məzənnəsi ilə bağlı yaranan 34%-lik qiymət artımından əlavə, Vergi və Gömrüyün, həmçinin digər orqanların nəzarəti gücləndirmələri, işçilərin əmək haqlarının artırmalarını tələb etmələri də qiymətlərə artım istiqamətində təsir göstərir.   

Bir ölkənin valyutasının dəyərdən düşməsi idxal xərclərini və borc öhdəliklərini artırdığı üçün sənayedə istər-istəməz xərclərin artması ilə ortaya çıxır və nəticədə də yerli məhsullar bahalaşır. Digər tərəfdən milli valyutanın ucuzlaşması yerli istehsalçıların ixracını artırır və onlar milli valyutada daha çox gəlir əldə edirlər. Bu gəlirlər də idxaldan yaranan xərcələrin bir hissəsinin qarşılanmasına gedir. 

YERLİ İSTEHSAL DEYİL, YERLİ QABLAŞDIRMADIR

Azərbaycanda bir çox yerli məhsulların xammalı xaricdən alınır. Məsələn, Azərbaycan şəkər tozuna olan təlabatını 180% yerli istehsal hesabına ödəsə də, şəkər tozunu əldə etmək üçün istifadə edilən xam şəkərin böyük hissəsi Braziliyadan gətirilir. Başqa bir misal, Azərbaycan duru bitki yağları (qarğıdalı, günəbaxan və s.) istehsal etsə də,  əsas xammal xaricdən alınaraq qablaşdırılır. Eyni zamanda, məhsulların qablaşdırılması üçün tələb olan tara materiallarının çoxu xaricdən alınır. Xarici valyutalar, əsasən də Dollar və Avro bahalaşdığından idxal bahalı olacaqdır və deməli idxala bağlı istehsalda xərclərin artacağı qaçılmazdır.

UN ÜÇÜN TAXILI XARİCDƏN ALIRIQ 

Qiymət artımı unun qiymətində də baş verə bilər. Belə ki,  Azərbaycan təkcə Yanvar ayında xaricdən 25,1 milyon dollarlıq taxıl idxal edib. Ötən il ölkəmizə xaricdən 295,2 milyon dollarlıq taxıl idxal edilmişdi. 

BORCLARININ MANAT QARŞILIĞI ARTIB

Eyni zamanda, real sektorun əsasən ABŞ dollarında xeyli miqdarda və qısamüddətli borcu var. Borcların AZN qarşılığının artması nəticəsində  xərclərinin yüksəlməsi yerli sahibkarlara çətinlik yaradacaqdır. Çətinliyi aradan qaldırılmasının yolu isə, məhsulların və xidmətlərin qiymətinin artırılmasıdır.

Qaynar.info