Xəbər lenti

Yetkinlik yaşına çatmayan 2 oğlanı zorlayan şəxsə 15 İL HƏBS
Ölkə12:01 01.05.2015

Yetkinlik yaşına çatmayan 2 oğlanı zorlayan şəxsə 15 İL HƏBS

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Ağır Cinayətlər Məhkəməsində yetkinlik yaşına çatmayan 2 oğlanı zorlamaqda təqsirləndirilən Allahverdi Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə Allahverdi Bağırov 15 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə Nizami rayonunda qeydə alınıb. A. Bağırov yetkinlik yaşına çatmayan Rəşad və Səlimi (adlar şəridir) aldadaraq, ev alqı-satqısı ofisinə gətirib. O, həmin iki oğlana qarşı seksual xarakterli zorakılıq hərəkətləri eləyib. Uşaqlar hadisə ilə bağlı valideynlərinə xəbər edib. Nizami rayon polis əməkdaşları tərəfindən A. Bağırov saxlanılıb.
Qaynar.info