Xəbər lenti

Yevlax İH-dən sakinlərin şikayətinə cavab: "Prezident tapşırıb ki..."
Ölkə11:59 12.05.2020

Yevlax İH-dən sakinlərin şikayətinə cavab: "Prezident tapşırıb ki..."

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Anar Tağıyev Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra sakinlərlə keçirilən birinci görüşdə izdiham yaşandı. 600 nəfərə yaxın insan görüşdə iştirak etdi. Görüşdə 80-dən çox sakinin müraciəti dinlənildi. Bu görüşdə iştirak edən və müraciət edənlər arasında bu binanın da çoxsaylı sakinləri olub. Sakinlər öz müraciətlərində bildiriblər ki, bina qəzalı vəziyyətdədir, fasadı köhnəlib, dam örtüyündən su axır. Ona görə də binanın əsaslı təmir olumasını xahiş etmişlər. Görüş zamanı qərara alındı ki, binanın yanındakı park yenidənqurulsun, həmin parkın yanındaki binaların köhnəlmiş fasad və dam örtükləri ilə bağlı işlərə başlansın". 
Bu sözləri Qaynarinfo-ya Yevlax İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Taleh Rəşidov rayon sakinlərinin saytımızda dərc olunan şikayətinə münasibət bildirərkən deyib. 
Xəbər verdiyimiz kimi, rayonun Qanboy Quliyev küçəsində yerləşən iki binada aparılan təmir işləri sakinlərin gündəlik həyat tərzində çətinlik yaradıb və onları çıxış yolunu mətbuata müraciətdə görüblər. 
İcra rəsmisi sakinlərin şikayətinə şərh verərkən bildirib ki, vətəndaşların narahatlığına səbəb yoxdur, binada təmir işləri davam etdiriləcəkdir. Sadəcə olaraq karantin reiminin tətbiqi ilə əlaqədar işlər bir qədər ləngiyib:
"İcra başçısı və ŞİH-nin rəsmiləri mütəmadi olaraq ərazidə aparılan təmir işlərinin vəziyyəti ilə maraqlanıblar. Binanın həyətindəki görüşdə də vətəndaşlar da öz məmnunluqlarını bildiriblər. Başa düşə bilmirəm ki, şikayətçi kimdir. Çünki  şikayət və ŞİH-nə müraciət edən olmayıb. Binanın fasadında aparılan təmir başa çatdıqdan sonra bina çöx gözəl görkəm alacaq.   
ŞİH-də mütəmadi qəbullar keçir, son vaxtlarda onlayn qəbullar da təşkil edilir. Hər onlayn qəbulda ən azı 40-50 nəfərin müraciəti  dinlənilir, həlli ilə bağlı müvafiq göstərişlər verilir. Yəni, demək istəyirəm ki, vətəndaşlar istədikləri sualla İcra Hakimiyyətinə müraciət edib, suallarına cavab tapırlar.
Bu binada görülən işlər nəzarətdədir və yəqin ki, yaxın vaxtlarda başa çatdırılacaqdır. Qeyd edilən binalar şəhərin mərkəzində yerləşir, buraya ilan gəlməsi inanılası deyil. Binada fasadın təmiri üçün dəmir təbəqələr vurulub, fəhlələrin işlədikləri dəmir ayaqaltılar işlər dayandığı üçün təhlükəsizlik səbəbindən sökülüb. Əslində iş dayanmayıb, sadəcə, karantinə görə ləngiyir. Bu da əlavə söz-söhbətə səbəb olub. 
Bildirirəm ki, burada işlər yekunlaşdıqdan sonra vətəndaşları narahat edən örtük söküləcək. Sakinləri narahat edən digər məsələlərdən olan sökülmüş kondisioner motorları, peyk antenaları və paltar zivələri ilə bağlı danışan qurum rəsmisi onu da bildirib ki, təmir yekunlaşdıqdan sonra bu məsələ də öz həllini tapacaqdır. Sökülmüş avandanlıqlar işi görən şirkət tərəfindən yerinə quraşdıracaq". 
Son olaraq icra nümayəndəsindən elə həmin iki binanın yanında yerləşən köhnə yataqxana barədə soruşduq. Belə ki, həmin yataqxana qaz təchizatı olmadığı üçün sakinlər qış aylarında odun sobasından istifadı edirlər, bina özü də yararsız haldadır: 
"Qeyd edilən bina köhnə yataqxana binasıdır. Buna görə də tikilən zaman orada qaz xətti çəkilməyib. Binaya qaz xətti çəkilməsi üçün müvafiq layihə FHN və digər aidiyyəti qurumların rəyi olmalıdır. Məsələ ilə bağlı müraciət ediləcək, mərkəzdəki 2 binanın təmiri başa çatdıqdan sonra bu bina ilə də bağlı tədbir görüləcəkdir".
Röya Kərimli