Bir neçə gün əvvəl Mingəçevirdən oyundan qayıdarkən avtomobil qəzası keçirən sabiq hakim Ceyhun Haşımov bu gün əməliyyat olunub. Bu haqda onun qardaşı Mübariz Haşımov Qaynarinfo-ya məlumat verib. Onun sözlərinə görə ağır qəza keçirən qardaşının çanağına protez qoyulub:
"Şükürlər olsun əməliyyat yaxşı keçib. Ceyhun palataya yerləşdirilib. Həkimlər vaxtaşırı nəzarət edirlər. Onun çanaq və bud nahiyəsinə protez qoyuldu. Həkimin dediyinə görə sabahdan onu oturtmağa, bir-iki günə isə ayağa qaldırmağa çalışacaqlar. Amma sümükdaxili əməliyyat olduğu üçün bu, bir qədər vaxt aparacaq. Yəqin ki, 4-5 gündən sonra evə buraxacaqlar. Həkimlər görsələr ki, ayağa qalxır, çanaq öz funksiyasını yerinə yetirə bilir, evə buraxacaqlar. Qalan mərhələ də evdə həkim nəzarəti altında davam edəcək. Onu əməliyyat edən həkim nikbin danışdı. Əməliyyat 3 saat çəkdi”.
Azərbaycanlı futbol hakimləri Elmin Süleymanov, Rəsul Babayev, Asif Abdullayev, Rövşən Rəcəbov və hakim-inspektor Ceyhun Haşımov dekabrın 10-da Mingəçevirdə keçirilən "Mingəçevir" - "Qaradağ-Lökbatan" matçından qayıdarkən Yevlaxda avtomobil qəzasına düşmüşdü. Xəsarət alan hakimlər əvvəlcə Yevlaxda xəstəxanaya yerləşdirililmiş ilk tibbi yardımdan sonra Bakıya gətirilmişdi.
Səbuhi Həsənov
Şərhlər