Xəbər lenti

Yevlaxda bina üzlüklərini sökməyə başladılar -VIDEO
Ölkə12:00 21.05.2015

Yevlaxda bina üzlüklərini sökməyə başladılar -VIDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yevlax şəhərində penoplast örtüklərin sökülməsinə başlanılıb.

ANS TV-in məlumatına görə, paytaxda baş verən yanğından sonra dövlət başçısının tapşırığı ilə ölkə ərazisində tez alışan materiallarla üzlənən binaların fasadları sökülməsinə başlanılıb.

Söküntü Yevlağın 31-ci məhəllə adlanan ərazisindəki 5 binada aparılır. Sakinlərin sözlərinə görə, binaların üzlənməsinə təqribən 6 ay əvvəl başlanılıb. Yevlax şəhər İcra nümayəndəliyindənsə bildirilib ki, ümumi sayı 270 mənzildən ibarət olan bu binaların fasadlarının sökülməsi 2 günə yekunlaşacaq. İşlər yekunlaşdıqdan sonra binaların yanğına davamlı tikinti materialları ilə üzlənməsinə başlanacaq.

Qaynar.info