Xəbər lenti

Yevlaxda mikroavtobus qəzaya uğradı: xəsarət alanlar var
Ölkə10:17 18.11.2018

Yevlaxda mikroavtobus qəzaya uğradı: xəsarət alanlar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yevlaxda mikroavtobus qəzaya uğrayıb.
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Yevlax rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes-Benz" markalı mikroavtobus idarəetmədən çıxaraq maneəyə çırpılıb. Hadisə zamanı Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Samirə Cabbarova, Qazax rayon sakinləri - 1960-cı il təvəllüdlü Ayişə Şahmarova və 1957-ci il təvəllüdlü Yeganə Hüseynova müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Qəza nəticəsində habelə bir neçə nəfər də yüngül xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.