Xəbər lenti

Yevlaxda qəzaya düşən hakimin qardaşından açıqlama:
İdman 00:33 11.12.2022

Yevlaxda qəzaya düşən hakimin qardaşından açıqlama: "Yaxşı qurtarıblar"

Bu gün Yevlaxda qəzaya düşən futbol hakimlərindən birinin, Ceyhun Haşımovun qardaşı Mübariz Haşımov açıqlama verib.

Qaynarinfo-nun məlumatına görə sabiq referi şəxsi feysbuk səhifəsində qardaşının durumu ilə bağlı paylaşım edib. O, qardaşı da daxil, xəstəxanaya yerləşdirilən hakimlərin həyati təhlükəsi olmadığını bildirib. Haşımov xəsarət alanların təcili tibbi yardım vasitəsilə Bakıya yola salındığını bildirib. 

"Allaha sonsuz həmd sənalar olsun salamatdırlar. Qardaşım Ceyhun Haşımovun durumu ilə əlaqədar çox saylı zənglər alırıq. Hər birinizə maraqlanmağınız və dəstəyiniz üçün təşəkkürümü bildirirəm. Təcili tibbi yardım avtomobili Bakıya yola düşüb. Xəsarət halları olsa da heç birinin səhhətində həyatı təhlükə yoxdur. Qəzanın baş vermə dərəcəsini nəzərə alaraq deyə bilərik ki,  həqiqətən yaxşı qutarıblar. Elmin Süleymanova da şəfa diləyirik".

Yevlaxın Tanrıqulular kəndində "Opel” və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində Bakı şəhər sakinləri, 1988-ci il təvəllüdlü Elmin Vilayət oğlu Süleymanov, 1984-cü il təvəllüdlü Babayev Rəsul Sərvan oğlu, 1974-cü il təvəllüdlü Haşımov Ceyhun Səfər oğlu, 1999-cu il təvəllüdlü Abdullayev Asif Abdulla oğlu və 1984-cü il təvəllüdlü Rəcəbov Rövşən Kərim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Mingəçevir şəhər sakini, 1971-ci il təvəllüdlü Əliyev Zabit Əli oğlu isə aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

Xəsarət alanlar futbol üzrə Azərbaycan Birinci Divizionunun 14-cü turu çərçivəsində bu gün keçirilmiş "Mingəçevir” - "Qaradağ Lökbatan” oyununundan qayıdırdılar. 
 

 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->