Xəbər lenti

Yevlaxda şagirdləri aparan mikroavtobus qəzaya düşdü: 19 yaralı var (YENİLƏNİB)
Ölkə09:26 11.03.2018

Yevlaxda şagirdləri aparan mikroavtobus qəzaya düşdü: 19 yaralı var (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yevlaxda şagirdləri daşıyan "Vito" markalı mikroavtobusun toxuculuq müəssisəsi yaxınlığında "QAZ-53" markalı avomobillə toqquşması nəticəsində 19 nəfər xəsarət alıb.
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, onlar 2003-cüil təvəllüdlü şagirdlərdir.
Hadisə zamanı xəsarət alanlardan 14-ü Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralılardan 8-nin xəsarəti yüngül olduğundan onlar ilkin tibbi yardımdan sonra xəstəxanadan buraxılıblar. Digər 6 yaralıda müxtəlif dərəcəli xəsarətlər qeydə alınıb.
Daha 5 yaralı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan 2-nin vəziyyəti ağırdır. Onların yaxın saatlarda Bakıya gətiriləcəyi gözlənilir. 
***11.18
Yevlaxda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.
Qaynarinfo-nun "Report"a istinadən məlumatına görə, şagirdləri daşıyan "Vito" markalı Mingəçevir-Bəhramtəpə yolunun Yevlax rayonundan keçən hissəsində qəzaya uğrayıb.
Hadisə nəticəsində azı 5 nəfər xəsarət alıb. Yaralılar Mingəçevir Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlardan bəzilərinin vəziyyətinin ağıır olduğu bildirilir.