Xəbər lenti

Yevlaxda yanğın baş verib, 6 baş heyvan tələf olub
Ölkə15:03 25.06.2016

Yevlaxda yanğın baş verib, 6 baş heyvan tələf olub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
 Yevlaxda yanğın hadisəsi qeydə alınıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın  rayonun Nemətabad kəndində vətəndaşa məxsus ümumi sahəsi 260 kv.m olan tövlədə baş verib.  
Nəticədə tövlənin qamışdan  ibarət tavanı 180 kv.m sahədə və tövləyə bitişik yığılmış 15 ton ot bağlamasının 5 tonu yanıb. Yanğın zamanı tövlədə olan 5 baş xırda buynuzlu, 1 baş iri buynuzlu heyvan tüstüdən boğularaq tələf olub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Qaynarinfo.az