
Bakıda növbəti yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, Mətbuat prospektindəki bu dəfəki qəzanın səbəbi fərqlidir. Belə ki, 10 LE 528 nömrə nişanlı maşının yük yerinə həddindən artıq taxta yığılıb.
Yük maşını isə yükün ağırlığına tab gətirməyib və arxaya doğru əyilməyə başlayıb.
Xoşbəxtlikdən qəza zamanı xəsarət alan olmayıb.
Qəzadan Məhəmmədəli Qəribli adlı istifadəçinin sosial şəbəkədə paylaşdığı fotoları təqdim edirik:
Qaynar.info






