U-23 Avropa çempionatında qadın güləşi üzrə mübarizəyə yekun vurulub.
Yarışa məşqçilər Həsrət Məmmədyarov və Solmaz Adilovanın rəhbərliyi altında 6 güləşçiylə yollanan millimiz uğurlu çıxış edib. Belə ki, 6 idmançımızdan 4-ü medal qazanıb. İdmançılarımızdan Jalə Əliyeva (62 kq) qızıl, Elnurə Məmmədova (55 kq) gümüş, Gültəkin Şirinova (53 kq) və Nigar Mirzəzadə (68 kq) bürünc medala sahib olub.
Yekunda 93 xal toplayan yığmamız beşinci yeri tutub. Türkiyə 143 xalla Avropa çempionu olub. Macarıstan (120) ikinci, Polşa (118) üçüncü, Moldova (96) isə dördüncü pillədə qərarlaşıb.
Səbuhi Həsənov