
“Bakı şəhərində bir sıra ərazilərdə avtobus dayanacaq məntəqələrinin yerləşmə məsafələri standartlara uyğun olmamaqla yanaşı, mövcud avtobus dayanacaq məntəqələrinin bir çoxunda müvafiq olaraq yol nişanları quraşdırılmayıb”.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Məlumatda bildirilir ki, vətəndaşların, daşıyıcıların müraciətlərinə və aparılan təhlillərə əsasən, paytaxtın müxətlif ərazilərində artıq 26 dayanacaq nişanı yerləşdirilib və hazırda bu proses davam etməkdədir. İlin sonuna kimi 75 belə nişanın quraşdırılması nəzərdə tutulub. Sərnişinlər nişanlardakı məlumat löhvələri vasitəsilə məntəqənin ünvanı, dayanacaqda sərnişinlərə xidmət edən marşrutların nömrələri, onların keçdiyi dayanacaq məntəqələrinin adları, intervalları, ilk və son avtobusun dayanacaqdan keçmə vaxtı barədə məlumat ala biləcəklər. Nişanların quraşdırılması prosesi çərçivəsində 8 ünvanda yeni avtobus dayanacağı da müəyyən edilib.
Həmin ünvanlar:
1. Mətbuat pr. 37a
2. Mir Cəlal küç. 174
3. Mir Cəlal küç. 276
4. Mir Cəlal küç. 326
5. Ziya Bünyadov pr. 65
6. Ziya Bünyadov pr. 98
7. Təbriz küç. 30 və yolun əks istiqamətində müəyyən edilib.(publika.az)
Qaynarinfo.Az