Xəbər lenti

Yol polisi 40-dan çox sürücünü cərimələdi - REYD
19:14 28.02.2015

Yol polisi 40-dan çox sürücünü cərimələdi - REYD

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kürdəmirdə reyd keçirilib. APA -nın yerli bürosunun məlumatına görə, reyd zamanı yol hərəkəti qaydalarını pozan 40-dan çox sürücüyə protokol tərtib edilib.
Reyd zamanı şəxsi avtomobillərinin arxa şüşələrinin qanunla icazə verilməyən pərdə vuran, sürət həddini aşan, ötmə,  qarşı hərəkət zolağına çıxan bir neçə sürücü saxlanılaraq yol hərəkəti qaydasını pozduqlarına görə, barələrində protokol tərtib  edilib. Reyd zamanı sürücülük vəsiqəsi olmayan və içkili vəziyyətdə avtomobil idarə edən sürücülərə də  rast gəlinib.       
Bu cür reydlərin davamlı olacağı bildirilir. 
Qaynar.info

Oxşar xəbərlər