Xəbər lenti

Yol polisi BNA-dan 6 dəqiqə sonra yazdığı cəriməni ləğv etdi
Ölkə14:56 30.09.2021

Yol polisi BNA-dan 6 dəqiqə sonra yazdığı cəriməni ləğv etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakı Nəqliyyat Agentliyindən (BNA) 6 dəqiqə sonra Bakı şəhər sakininə avtomobilin dayanma qaydalarını pozduğuna görə yazdığı cəriməni ləğv edib. 
Bu barədə "Qafqazinfo”ya idarənin mətbuat katibi, polis polkovniki Vaqif Əsədov bildirib. Onun sözlərinə görə, həmin protokola xitam verilib:
"Həm BNA, həm də BDYPİ tərəfindən yazılan cərimələr eyni sistemə ötürüldüyündən bir nəqliyyat vasitəsinə ikinci dəfə cərimə yazıla bilməz. Bu, texniki nasazlıq səbəbindən baş vermişdi”.