
Baş Dövlət Yol Polisi İdarəsi prezident seçkiləri ilə əlaqədar 6 gün gücləndirilmiş iş rejimində işləyəcək.
Bu barədə APA-ya idarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məlumat verib.
K. Əliyev qeyd edib ki, oktyabrın ayının 9-u keçiriləcək prezident seçkiləri ilə əlaqədar respublikanın avtomobil yollarında nəqliyyatın təhlükəsiz hərəkətini, habelə seçkidə iştirak edən seçici və müşahidəçilərin maneəsiz hərəkətini təmin etmək məqsədi ilə yol polisi oktyabrın 7-dən 13 nə qədər gücləndirilmiş iş rejimində çalışacaq.